...< Ильхам Алиев ...< по Авторам ...< по Темам ...< по Алфавиту ... Случайные >...

Я вспоминаю, сколько необоснованных обвинений прозвучало против меня за возвращение на Родину и освобождение азербайджанского офицера – Рамиля Сафарова, сколько нападок совершили на меня лицемерные зарубежные политики. Европарламент даже принял резолюцию по этому вопросу и осудил мои шаги. Но я и сегодня могу с полной решимостью сказать, что Азербайджан возвратил на Родину, освободил своего офицера и восстановил справедливость. Но посмотрите, сколько необоснованных нападок было против Азербайджана за это в мировой прессе и различных международных организациях. Разумеется, эти нападки не могли иметь никакого влияния. Так как никакая сила не может повлиять на волю, решения Азербайджанского государства. Мы восстановили справедливость и не отступим от своей политики и впредь. Но почему те, кто разглагольствовал по этому вопросу, сегодня не видят памятники, установленные фашистам в Армении? Почему армянских террористов, совершивших террористические акты, в том числе в европейских странах, освобождают и экстрадируют в Армению, где к ним относятся как к героям? Почему этого не видят?

Из речи И. Алиева на открытии Губинского мемориального комплекса геноцида, 18 сентября 2013. Mən xatırlayıram ki, Azərbaycan zabitini – Ramil Səfərovu Vətənə qayıtdığına və azadlığa buraxdığıma görə mənə qarşı nə qədər əsassız ittihamlar səsləndi, nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etmişdir və mənim addımlarımı pisləmişdir. Mən bu gün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini Vətənə qaytarmışdır, azadlığa buraxmışdır və ədaləti bərpa etmişdir. Ancaq baxın görün, buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı nə qədər əsassız hücumlar edilmişdi. Əlbəttə ki, bu hücumların heç bir təsiri ola bilməzdi. Çünki Azərbaycan dövlətinin iradəsinə, qərarlarına heç bir qüvvə təsir edə bilməz. Biz ədaləti bərpa etmişik və bundan sonra da öz siyasətimizdən dönməyəcəyik. Ancaq nə üçün bu məsələ ilə bağlı öz səslərini ucaldanlar bu gün Ermənistanda faşistlərə qoyulan abidələri görmürlər? Nə üçün terror aktları, o cümlədən Avropa ölkələrində bu aktları törədən erməni terrorçuları sərbəst buraxılır və Ermənistana qaytarılır, orada isə onlara qəhrəman kimi münasibət göstərilir? Nə üçün bunu görmürlər?

0
Зарегистрируйтесь чтобы оставить комментарий